Saytımızı qiymətləndirin


 
 

Qlobal neft tədarükü yanvarda artıb
Tarix: 11-02-2021 | Saat: 14:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qlobal neft tədarükü yanvarda artıb

Bu ilin yanvarında gündəlik qlobal neft tədarükü 590 min barel artaraq 93,6 mln. barelədək yüksəlib.

Bu barədə Qarabaqinfo.az Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, artım "OPEC+" razılaşması çərçivəsində hasilat üzrə məhdudiyyətlərin azaldılması ilə bağlıdır.

Bununla yanaşı, agentlik fevralda qlobal neft hasilatının azalacağını proqnozlaşdırır ki, bu da Səudiyyə Ərəbistanı tərəfindən (könüllü – red.) istehsalın əlavə azaldılması ilə əlaqələndirilir.

IEA "OPEC+" razılaşmasına daxil olmayan ölkələrdə neft istehsalı üzrə proqnozu yaxşılaşdırıb. Belə ki, proqnoza əsasən, 2021-ci ildə razılaşmaya daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 2020-ci ildə ki 1,3 mln. barel azalma ilə müqayisədə 830 min barel artacaq.

Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.



Xəbəri paylaş

1383 dəfə oxunub.

Digər xəbərlər