Saytımızı qiymətləndirin


 
 

"Yuventus"un prezidenti futboldan kənarlaşdırılır
Tarix: 12-04-2022 | Saat: 19:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Open Champions League, Europa League Draw Thread - Black & White & Read All Over

İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli 1 il müddətinə futboldan kənarlaşdırıla bilər.

Qarabaginfo.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, fuknsioner oyunçuların transferi zamanı saxta maliyyə hesabatları hazırlamaqda ittiham olunur.

Klub prezidentinin günahı sübuta yetirilsə, o, həm də 800 min avro məbləğində cərimələnəcək. Anyelli ilə yanaşı, Turin klubunun sabiq idman direktoru Fabio Paratiçi və hazırkı vitse-prezidenti Pavel Nedvedi də cəza gözləyir. Onlar müvafiq olaraq, 16 ay və 8 ay müddətinə diskvalifikasiya olunacaqlar.

Bu cəzanı Federal Milli Məhkəmədə keçirilən iclasda prokurorluq tələb edib. 5-i A Seriyası təmsilçisi olmaqla, ümumilikdə 11 klubun 60-a yaxın əməkdaşı saxtakarlıq işinə cəlb olunub.

Qeyd edək ki, "Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər