Saytımızı qiymətləndirin


 
 

Bakıda uşaq bağçaları açılışa hazırdır - RƏSMİ
Tarix: 10-02-2021 | Saat: 10:10
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Fevralın 15-dən  Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcək.


Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Qarabaginfo.az-a verilən məlumata görə, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir:

"Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.


Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaqdır.
Bağçaların fəaliyyətə başlaması ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayevin sədrliyi ilə paytaxt rayonları bağça rəhbərlərinin iştirakı ilə video konfrans formatında müşavirələr keçirilmiş, görülməsi vacib məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib"


"Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət  Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək",- deyə rəsmi məlumatda vurğulanıb.



Xəbəri paylaş

1410 dəfə oxunub.

Digər xəbərlər