Saytımızı qiymətləndirin


 
 

BVF: Cənubi Qafqaz və Mərkəzi Asiya Yaxın Şərq böhranına qarşı dayanıqlılıq göstərir
Tarix: 15-10-2026 | Saat: 11:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

BVF: Cənubi Qafqaz və Mərkəzi Asiya Yaxın Şərq böhranına qarşı dayanıqlılıq göstərir

Yaxın Şərqdə davam edən münaqişənin qlobal enerji bazarlarına və ticarətə mənfi təsirlərinə baxmayaraq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkəsi iqtisadi dayanıqlılığını qoruyub saxlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur brifinqdə bildirib.

Onun sözlərinə görə, hərbi münaqişədən birbaşa təsirlənən ölkələrin iqtisadiyyatları ciddi təzyiqlərlə üzləşsə də, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan regionunun digər dövlətləri, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyanın əksər ölkələri daha yüksək dayanıqlılıq nümayiş etdirib.

BVF rəsmisi qeyd edib ki, regionun iqtisadi perspektivləri enerji hasilatının və beynəlxalq ticarətin bərpa sürətindən, həmçinin makroiqtisadi sabitliyin qorunmasından asılı olacaq.

Cihad Azur bildirib ki, münaqişədən birbaşa təsirlənən neft ixracatçılarının demək olar ki, hamısında hasilat kəskin azalıb. Dəniz daşımalarında və neft məhsullarının təchizatında yaranan fasilələr isə yanacağın bahalaşmasına səbəb olub.

Bununla belə, münaqişədən əvvəl mövcud olan büdcə profisitləri, alternativ nəqliyyat marşrutları, Fars körfəzindən kənarda neft hasilatı və strateji ehtiyatlardan istifadə iqtisadi itkilərin ilkin gözləntilərdən daha məhdud olmasına imkan yaradıb.

BVF rəsmisi xəbərdarlıq edib ki, bu amillərin mənfi təsirləri yumşaltmaq imkanları tədricən azalır. Ehtiyatların azalması və əlavə hasilat imkanlarının məhdudlaşması fonunda enerji təchizatında yeni fasilələr qiymətlərin daha kəskin dəyişməsinə səbəb ola bilər.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər