Saytımızı qiymətləndirin


 
 

AzTV-nin qarşısında etiraz: Qadın özünü yandırmaq istədi
Tarix: 08-02-2021 | Saat: 17:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

14 il Azərbaycan Televiziyasının əməkdaşı olmuş Səidə adlı qadın işdən çıxarılmasına etiraz edərək AzTV-nin binası qarşısında özünü yandırmağa cəhd edib.

 

Xanım bildirib ki, Televiziyanın sədri pandemiyanın, müharibənin ən şiddətli vaxtında onu işdən azad edib:

 

“3 aydır dözmüşəm. Canlıda demişdim ki, məni o həddə çatdırmayın ki, AzTV-nin binasının qarşısında etiraz aksiyası keçirim. Mənim atam evdə onkoloji xəstədir. O həddə çatdırmayın ki, özümü AzTV-nin qarşısında yandırım”.

 

Daha sonra qadın intihara cəhd edərək özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının səyi nəticəsində o xilas edilib. Sözügedən hadisə barədə AzTV ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən Bakupost a bildirildi ki, baş verən etiraz aksiyası ilə bağlı rəsmi məlumat veriləcək.

 

 

 



Xəbəri paylaş

364 dəfə oxunub.

Digər xəbərlər
4-10-2023, 18:00 Fuad Muradov həbs edildi