Tarix: 10-10-2026 | Saat: 12:24
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya ABŞ ilə dizel yanacağının tədarükünə dair razılaşma müqabilində Ukrayna ilə bağlı heç bir güzəşt təklif etməyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsində bildirilir.
Qeyd olunur ki, dizel yanacağının satışından əldə ediləcək əlavə gəlirlər əksinə, Kremlə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək imkanı verə bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqları apardığını və Rusiyanın ABŞ və dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton yanacaq göndəriləcək.
ABŞ Prezidenti bildirib ki, Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının da tədarükü nəzərdə tutulur.
Tramp qeyd edib ki, ABŞ-ın Hörmüz boğazına tam nəzarəti və Rusiyanın enerji resursları ilə bağlı bu razılaşma amerikalılar, eləcə də dünya istehlakçıları üçün dizel yanacağının qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Tramp razılaşmanı olduqca mühüm adlandırıb.
Digər xəbərlər


















