Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlanıb
Tarix: 08-02-2021 | Saat: 13:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər
29-07-2020, 15:37 Sabahın hava proqnozu
20-12-2021, 18:42 Nazirdən yeni TƏYİNAT