Saytımızı qiymətləndirin


 
 

Kreml Kalininqradla bağlı Avropaya nüvə silahı xəbərdarlığını qarşıdurma hesab etmir
Tarix: 01-10-2026 | Saat: 14:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Kreml

Rusiyanın Kalininqradı blokadaya almaq cəhdlərinin nəticələri ilə bağlı xəbərdarlığı qarşıdurma bəyanatı kimi qəbul edilməməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, xəbərdarlıq Avropanın davam edən militarizasiyası fonunda edilib.

Qeyd edək ki, rəsmi Moskva əvvəl Avropa paytaxtlarındakı səfirlikləri vasitəsi ilə NATO-ya Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə xəbərdarlıq edib. Daha sonra Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Kalininqradın blokadasına Rusiyanın nüvə cavabının normativ sənədlərdə qeyd olunduğunu bəyan edərək Avropanı nüvə silahı hədələyib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər