Saytımızı qiymətləndirin


 
 

Hörmüz boğazında neft tankeri vurulub
Tarix: 30-09-2026 | Saat: 15:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Hörmüz boğazında neft tankeri vurulub

Hörmüz boğazında neft tankeri vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) məlumat yayıb.

UKMTO xəbərdarlıq yayımlayaraq bildirib ki, strateji su yolunda çərşənbə axşamı baş vermiş insident barədə məlumat quruma gecikmiş şəkildə daxil olub.

“Yoxlanılmış mənbə xam neft tankerinin sol bortundan naməlum mərmi ilə vurulduğunu bildirib”, – deyə qurumun məlumatında qeyd olunub.

UKMTO gəminin adını açıqlamayıb, həmçinin mümkün itkilər, zərərin miqyası və mərminin mənşəyi barədə məlumat verməyib.

Qurum bildirib ki, insidentlə bağlı araşdırma aparılır.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər