Saytımızı qiymətləndirin


 
 

Qubad İbadoğlu Azərbaycanı tərk etdi
Tarix: 29-09-2026 | Saat: 15:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər saatlarında Azərbaycanı tərk edərək Almaniyaya gedib.

Qarabaginfo.az bildirir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, İbadoğlu müayinə və müalicə olunmaq üçün Almaniyaya uçub.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova Qafqazinfo-ya açıqlamasında deyib ki, müvəkkilinin səhhətində yaranan ciddi problemlərlə bağlı barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib:

“Qubad İbadoğlu istintaqdan yayınmayacağı ilə bağlı iltizama qol çəkib. Təcili əməliyyat olunması üçün Almaniyaya gedib. Cinayət işi üzrə istintaqın gedişi ilə bağlı isə yekun qərar yoxdur. Ümid edirik ki, yaxın vaxtlarda işə xitam veriləcək”, – vəkil əlavə edib.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, əvvəlcə mütəşəkkil qrup tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya yayılmasında ittiham olunub. Daha sonra ona dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb.

2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı seçilib. Buna səbəb onun səhhətində yaranan ciddi problemlər olub.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər