Saytımızı qiymətləndirin


 
 

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO
Tarix: 28-09-2026 | Saat: 16:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 28-də Azərbaycan Respublikası Baş Prokurorluğunda tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyulub.

Baş Prokurorluğun inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dahq sonra Baş prokuror Kamran Əliyev çıxış edərək prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb. Müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Həmçinin, çıxışda ölkəmizdə hüquq və qanunçuluq institutlarının inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına, sosial və humanitar dəyərlərin təşviqinə göstərilən yüksək dövlət diqqətindən bəhs edilərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin də mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə, son illərdə prokurorluğun maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, “Elektron Prokurorluq” informasiya sisteminin inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Xidməti fəaliyyətlərində fərqlənmiş bir qrup prokurorluq əməkdaşının təltif olunması mərasimi keçirilib.

Daha sonra prokurorluq veteranları çıxış edib.

Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş “108 il – Qanunun keşiyində” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Tədbirə yekun vurularkən prokurorluq əməkdaşlarının bundan sonra da qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, dövlətçilik ənənələrinin və ictimai maraqların qorunmasına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunub./Apa

 



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər