Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
Tarix: 25-09-2026 | Saat: 20:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

“Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər