Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib


Bu gün, 20:27. Yazar: Admin

Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

“Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”


Geri dön