Berlin hava limanının fəaliyyəti naməlum drona görə dayandırılıb
Tarix: 24-09-2026 | Saat: 07:42
Bölmə:Karusel / Dünya | çapa göndər
82 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-09-2026 | Saat: 07:42
Bölmə:Karusel / Dünya | çapa göndər
Berlin beynəlxalq hava limanının fəaliyyəti ərazidə naməlum pilotsuz uçuş aparatının görünməsi səbəbindən təxminən 45 dəqiqə dayandırılıb.
Bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, dron yerli vaxtla saat 20:00-da şimal uçuş-enmə zolağında müşahidə edilib. Saat 20:20-də hava limanı üzərində hava məkanı bağlanıb və bir neçə reys Drezdenə yönləndirilib.
Hava məkanı saat 21:05-də yenidən açılıb, lakin uçuş və enişlər gecikmə ilə həyata keçirilib. Bəzi şahidlər ən azı üç dron gördüklərini bildiriblər.
“Bild” yazır ki, 2026-cı ilin ilk yarısında Berlin hava limanında 28 dron hadisəsi qeydə alınıb və onlardan 7-si hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.
Xəbəri paylaş
Digər xəbərlər
25-11-2023, 10:43
Azərbaycan Ukraynaya minatəmizləmə maşınları GÖNDƏRDİ
29-07-2021, 17:34
NATO-nun Gürcüstanda keçirilən təlimlərində Azərbaycandan 2 hərbi qulluqçu müşahidəçi qismində iştirak edəcək
17-08-2022, 14:36
Qarabağdan ağır silahlar belə çıxarılır. Prosses başladı
20-05-2021, 13:54
Paşinyanın imzalayacağı razılaşmaya qarşı aksiya KEÇİRİLƏCƏK
7-10-2026, 15:14
İzmir Böyük Şəhər Bələdiyyəsinin sədri AK Partiyaya qoşulub
9-06-2021, 14:19
Türkiyədə Ermənistandan idarə edilən şəbəkə TUTULDU
23-08-2026, 21:37
Dövlət başçısı: Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür
















