Saytımızı qiymətləndirin


 
 

ABŞ Prezidenti İranla bağlı qərarların qəbulunda həlledici mərhələyə daxil olduğunu açıqlayıb
Tarix: 20-09-2026 | Saat: 21:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Donald Tramp, ABŞ Prezidenti

 

ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərarların qəbulunda həlledici mərhələyə daxil olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Donald Tramp bunu “Fox News” telekanalına müsahibəsində söyləyib.

ABŞ Prezidenti İran hakimiyyətinin siyasətini dəyişməyəcəyi təqdirdə Tehrana ciddi nəticələrlə bağlı xəbərdarlıq etdiyini açıqlayıb: “Mənim sualım ondan ibarətdir ki, bütün ölkəni nə vaxt və məhv etməliyəmmi? Yaxşı davransalar, onlar üçün daha yaxşı olar”.

Donald Tramp İranla bağlı gələcək addımlar üçün bir neçə mümkün variantın olduğunu açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton ölkəni “məhv edə”, iqtisadiyyatının “çürüməsinə” imkan verə və ya razılaşma əldə etməyə cəhd göstərə bilər. ABŞ Prezidenti əlavə edib ki, “yaxın gələcəkdə çox ciddi hadisələr baş verəcək”.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər