Saytımızı qiymətləndirin


 
 

Dron hücumuna görə Moskva aeroportlarında 400-dən çox uçuş təxirə salınıb
Tarix: 20-09-2026 | Saat: 14:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Dron hücumuna görə Moskva aeroportlarında 400-dən çox uçuş təxirə salınıb

Ukraynanın dron hücumu səbəbindən Moskva hava limanlarında 400-dən çox uçuş təxirə salınıb.

Qarabaginnfo.az xəbər verir ki, ötən gecədən intensivləşən dron hücumları Rusiya paytaxtının hava limanlarının fəaliyyətini iflic edib.

Bildirilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Moskvaya edilən ən böyük dron hücumu fonunda paytaxtın hava qovşağındakı hava limanlarında bəzi uçuşların vaxtı dəyişdirilib və uçuşlar ləğv edilib.

Vnukovo Hava Limanında günün əvvəlindən bəri 11 uçuş ləğv edilib, 129 uçuş təxirə salınıb. Şeremetyevo Hava Limanında 247, Domodedovo Hava Limanında 27 uçuş təxirə salınıb və bir uçuş ləğv edilib. Jukovski Hava Limanında isə iki uçuş ləğv edilib, yeddi uçuş təxirə salınıb.

Qeyd edək ki, müharibə başlayandan bəri Moskva regionu ən böyük dron hücumuna məruz qalıb. 22 saylı İstilik Elektrik Stansiyası və Kapotnyadakı neft emalı zavodu hədəf alınıb. Moskva vilayətində dron yaşayış binalarına düşüb, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Moskvadan 20 km məsafədə “Flamingo” raketinin qalıqları aşkar edilib.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər