AFP: Yəmənin cənubunda döyüşlərdə azı 48 nəfər ölüb
Tarix: 19-09-2026 | Saat: 23:27
Bölmə:Karusel / Dünya | çapa göndər
46 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-09-2026 | Saat: 23:27
Bölmə:Karusel / Dünya | çapa göndər
Yəmənin cənubunda hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatı (husilər) arasında son sutka ərzində gedən döyüşlərdə azı 48 nəfər ölüb.
Bu barədə AFP hər iki tərəfdəki hərbi mənbələrə istinadən məlumat yayıb.
Hökumət qüvvələrindəki mənbələrin məlumatına görə, toqquşmalar zamanı 17 hərbçi həlak olub. “Ənsar Allah” hərəkatındakı mənbələr isə 31 döyüşçünün öldüyünü bildiriblər.
Döyüşlərin Lahic və Taiz əyalətlərinin sərhədində getdiyi bildirilir.
Hökumət qüvvələrindəki mənbələr ordunun husilərin bir gün əvvəl ələ keçirdiyi mövqelərin təxminən yarısını geri qaytara bildiyini iddia ediblər.
“Ənsar Allah”dakı mənbələr isə öz növbəsində AFP-yə husilərin Lahic və Taiz sərhədində irəlilədiyini bildiriblər.
Xəbəri paylaş
Digər xəbərlər
22-03-2021, 16:21
Nəcməddin Sadıkov Dubayda belə istirahət edir - VİDEO
31-10-2024, 08:05
Türkiyədə zirehli maşın aşıb, 10 əsgər yaralanıb
28-02-2022, 11:01
Bu ölkədə Putinə giriş qadağan edildi
5-09-2024, 10:36
Si Cinpin BMT baş katibi Antonio Quterreş ilə görüşüb
4-09-2024, 16:24
Rəsmi Bakıdan Fransaya cavab: Qarayaxma kampaniyasını dayandırın!
12-07-2024, 10:16
“Kaş onun dadına bir də baxa bilərdim” - Bakıdakı yeməyi xatırladı
19-02-2022, 14:14
Ərdoğan Afrika ölkələrinə səfər edəcək
3-08-2026, 17:16
“İnsanlar yenidən nağd pula üstünlük verəcəklər”

















