Saytımızı qiymətləndirin


 
 

ABŞ və Avropa ilə müharibənin dayandırılması üzrə plan hazırlamışıq –Zelenski
Tarix: 24-08-2026 | Saat: 22:57
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ukrayna ABŞ və Avropa tərəfdaşları ilə birlikdə müharibənin dayandırılması üçün yeni plan hazırlayıb.

UNIAN-a xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb. Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.

Zelenski bildirib ki, ABŞ tərəfinin əlavə təklifləri də var və Kiyev onların təqdim olunmasını gözləyir.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər