Tarix: 21-08-2026 | Saat: 09:49
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) sentyabrın 1-dən avtomobil yanacağına dair ekoloji tələblərin müvəqqəti yumşaldılacağını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, qərarın məqsədi daxili bazara benzin tədarükünü artırmaq və yanacaqdoldurma məntəqələrində yüksələn qiymətləri azaltmaqdır.
Yeni qayda sentyabrın 1-dən 15-dək qüvvədə olacaq. Bu müddətdə tərkibində 10% etanol olan E10 benzinin daha yüksək buxarlanma təzyiqi ilə satışına icazə veriləcək.
ABŞ rəsmiləri hesab edirlər ki, qış yanacağı standartlarına vaxtından əvvəl keçid ölkənin daxili bazarına sutkada yüz minlərlə barel əlavə benzin çıxarmağa və qiymətləri aşağı salmağa imkan verəcək.
Qeyd edək ki, hazırda ABŞ-da benzinin orta qiyməti gallon üçün (3,785 litr) təxminən 4,1 dollar, Kaliforniyada isə 5,6 dollara yaxındır.
Digər xəbərlər




















