Tarix: 02-02-2021 | Saat: 14:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Dünyada hər kəs pandemiyadan qurtulmadıqca tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Hazırda Azərbaycanda vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin bunu unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitib".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik”, - o bildirib.
Digər xəbərlər