Saytımızı qiymətləndirin


 
 

KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Tarix: 12-07-2026 | Saat: 08:14
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir

Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın yeni hücumlarının qarşısını almaqda çətinlik çəkir.

Bu barədə "Le Monde" məlumat yayıb.

Nəşrin məlumatına görə, iyulun 6-da Kiyevə buraxılan ballistik raketlərin heç biri Ukrayna hava hücumundan müdafiəsi tərəfindən vurulmayıb. Eyni vəziyyət iyulun 11-də həyata keçirilən hücum zamanı da qeydə alınıb.

Qəzetə danışan ukraynalı polkovnik bunun əsas səbəbinin Patriot raketləri və müvafiq əks-raket komplekslərinin çatışmazlığı olduğunu bildirib.

Le Monde qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi üçün xüsusi təhlükə yaradan amillərdən biri Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarıdır. Nəşrin yazdığına görə, yüksəkdən və böyük sürətlə uçan bu dronları ələ keçirmək, demək olar ki, mümkün deyil.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər