Ana Sayfa > Karusel / Dünya > KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir

KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir


Bu gün, 08:14. Yazar: Admin

KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir

Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın yeni hücumlarının qarşısını almaqda çətinlik çəkir.

Bu barədə "Le Monde" məlumat yayıb.

Nəşrin məlumatına görə, iyulun 6-da Kiyevə buraxılan ballistik raketlərin heç biri Ukrayna hava hücumundan müdafiəsi tərəfindən vurulmayıb. Eyni vəziyyət iyulun 11-də həyata keçirilən hücum zamanı da qeydə alınıb.

Qəzetə danışan ukraynalı polkovnik bunun əsas səbəbinin Patriot raketləri və müvafiq əks-raket komplekslərinin çatışmazlığı olduğunu bildirib.

Le Monde qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi üçün xüsusi təhlükə yaradan amillərdən biri Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarıdır. Nəşrin yazdığına görə, yüksəkdən və böyük sürətlə uçan bu dronları ələ keçirmək, demək olar ki, mümkün deyil.


Geri dön