Saytımızı qiymətləndirin


 
 

Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Tarix: 09-07-2026 | Saat: 21:35
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq: 

  • 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
  • 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər