Saytımızı qiymətləndirin


 
 

Rusiya miqrant işçilərə dair tələbləri sərtləşdirib: gəlir vergisi ödəməli olacaqlar
Tarix: 08-07-2026 | Saat: 17:09
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya “miqrant oyunu”na başladı: Azərbaycanlıların kütləvi qayıdışı başlayır? - Turkustan.az

Dövlət Duması Rusiyada çalışan miqrant işçilər üçün tələbləri sərtləşdirib.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Duması əcnəbi işçilərin fiziki şəxslərin gəlir vergisi (NDFL) üzrə əvvəlcədən ödəniş etmələrini nəzərdə tutan qanunu qəbul edib.

Qanun patent əsasında ev təsərrüfatlarında, təşkilatlarda və ya fərdi sahibkarların, həmçinin notariusların və vəkillərin yanında çalışan miqrantlara şamil edilir. Sənəd eyni zamanda Rusiyada patentsiz işləmək hüququ olan xarici vətəndaşlara da aid ediləcək.

Belə ki, fərdi ev təsərrüfatlarında patent əsasında işləyən miqrantlar fiziki şəxslərin gəlir vergisi (NDFL) üzrə ayda 1700 rubl (37.90 AZN), təşkilatlarda və fərdi sahibkarların yanında patentlə işləyənlər isə ayda 1200 rubl (26.8 AZN) ödəməli olacaqlar. Rusiyada patentsiz işləyən xarici vətəndaşlar isə ayda 1700 rubl vergi ödəyəcəklər.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər