Saytımızı qiymətləndirin


 
 

Ukrayna Azov dənizində Rusiyanın daha 9 tankerini vurub
Tarix: 08-07-2026 | Saat: 11:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Azov dənizində Rusiyanın daha 9 tankerini vurub

Ukrayna ordusu iyulun 8-nə keçən gecə Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus daha 9 tankerə zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat paylaşıb.

Qurumun yaydığı məlumata görə, son 72 saat ərzində ümumilikdə 21 gəmi hədəfə alınıb. Bunlardan 19-u "kölgə donanması"na aid tanker, biri quru yük gəmisi, digəri isə Kerçdə yerləşən bərə olub.

Məlumatda bildirilir ki, gecə ərzində Krımda və Rusiyanın işğalı altında olan cənub ərazilərində ümumilikdə 53 hərbi obyekt vurulub.

Bundan başqa, "Krımın enerji açarı söndürülür" əməliyyatı çərçivəsində daha 6 elektrik yarımstansiyasına zərbələr endirildiyi, iyulun 1-dən 8-dək isə ümumilikdə 50 enerji qovşağının hədəfə alındığı qeyd olunub.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər