Rusiya qoşunları artıq ikinci gündür ki, Poltava, Xarkov və Sumı bölgələrindəki “Naftoqaz”ın istehsal aktivlərinə zərbələr endirir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “Naftoqaz” məlumat verib.
Qeyd olunur ki, Rusiya qoşunları müxtəlif növ dronlardan, o cümlədən reaktiv təyyarələrdən istifadə edir.
“Dünən səhərdən bəri atəş demək olar ki, fasiləsiz davam edir. Bəzi avadanlıqlara dəyən ziyan səbəbindən bağlanma baş verib. Rusiya artıq ikinci gündür ki, istehsal müəssisələrimizə zərbələr endirir. Bu, Ukrayna qaz istehsalına qarşı yönəlmiş hücumdur və ölkənin qışa hazırlığını pozmaq cəhdidir. Ən əsası, görülən dəqiq tədbirlər və təhlükəsizlik tədbirləri sayəsində işçilərimizə zərər dəyməyib”, – deyə şirkətin İdarə Heyətinin sədri Sergey Koretski qeyd edib.
Şirkət hazırda dağıntıların tam miqyasını müəyyən etməyin mümkün olmadığını vurğulayıb. Təhlükəsizlik vəziyyəti imkan verdikdən sonra mütəxəssislər nəticələrin ətraflı qiymətləndirilməsinə başlayacaqlar.



















