Saytımızı qiymətləndirin


 
 

Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib
Tarix: 01-07-2026 | Saat: 22:34
Bölmə:Karusel / Dünya | çapa göndər

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini, İranın ekspert heyətinin rəhbəri Kazım Qəribabadi

 

Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib, görüşlər yalnız Qətər və Pakistan nümayəndə heyətləri ilə üçtərəfli formatda keçirilib

Qarabaginfo.az-ın məlumatına görə, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini, İranın ekspert heyətinin rəhbəri Kazım Qəribabadi Dohada keçirilən danışıqlarla bağlı jurnalistlərə açıqlama verib.

Qəribabadi bildirib ki, İran nümayəndə heyətinin Dohadakı görüşləri yalnız Qətər və Pakistan nümayəndə heyətləri ilə birgə üçtərəfli formatda keçirilib və müzakirələr İslamabad memorandumunun, xüsusilə də Livan və İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı müddəalarının icrasının izlənilməsinə həsr olunub.

Onun sözlərinə görə, bugünkü danışıqlar da memorandumun müddəalarının icrasının təqibinə yönəlib.

Qəribabadi yekun saziş üzrə danışıqların başlanmasına münasibət bildirərək qeyd edib ki, memorandumun icrasını izləyəcək və yekun saziş üzrə danışıqları aparacaq işçi qrupları formalaşdırılıb, lakin bu formatlarda hələ heç bir danışıq başlamayıb.

O əlavə edib ki, işçi qrupları çərçivəsində keçiriləcək danışıqların vaxtı və məkanının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr vasitəçilər vasitəsilə davam edir. Zəruri şərait yarandıqdan sonra həmin formatda danışıqlara start veriləcək.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər