Saytımızı qiymətləndirin


 
 

Zelenski Ukraynanın Moskva vilayətində "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib
Tarix: 30-06-2026 | Saat: 13:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski Ukraynanın Moskva vilayətində "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətində yerləşən "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirdiyini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında paylaşım edib.

"Bu gün Rusiyaya qarşı uzaqmənzilli zərbələrimiz yenidən Moskva vilayətində yerləşən "Dubna" kosmik rabitə mərkəzinə çatdı. Bu, xüsusilə Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin kəşfiyyatı və fəaliyyətinin əlaqələndirilməsi üçün istifadə olunan xüsusi peyk rabitəsi obyektidir", – Zelenski yazıb.

Ukrayna Prezidenti bildirib ki, sözügedən obyekt Ukrayna dövlət sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, bu, son bir ay ərzində "Dubna" Kosmik Rabitə Mərkəzinə ikinci hücumdur. İyunun 22-də də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı obyektə zərbə endirildiyini açıqlamışdı.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər