Saytımızı qiymətləndirin


 
 

BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
Tarix: 24-06-2026 | Saat: 21:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) hazırladığı xüsusi təxliyə sxemi çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb.

Bu barədə “Reuters“ təşkilatın açıqlamasına istinadən məlumat yayıb.

Təşkilatın sözçüsü bildirib ki, münaqişə səbəbindən Fars körfəzində qalan gəmilərin təhlükəsiz şəkildə bölgədən çıxarılmasını nəzərdə tutan plan artıq icra olunur.

IMO daha əvvəl açıqlamışdı ki, aylarla davam edən danışıqlardan sonra razılaşdırılan təşəbbüs yüzlərlə gəminin və təxminən 11 min dənizçinin Hörmüz boğazından təhlükəsiz keçidinə imkan verəcək.

“Gəmilər artıq plan çərçivəsində boğazdan keçməyə başlayıb”, – təşkilatın sözçüsü deyib.

O, keçid edən gəmilərin konkret sayı barədə əlavə məlumat verməyib.

LSEG gəmi izləmə məlumatlarına görə, son 12 saat ərzində ən azı iki quru yük gəmisi və bir yük gəmisi sözügedən sxem çərçivəsində Hörmüz boğazını keçib.

Bundan əlavə, ümumilikdə 5 milyon barel xam neft daşıyan və bölgədə qalan üç tanker də Hörmüz boğazını tərk edib. Onlardan ikisinin Asiya istiqamətində hərəkət etdiyi bildirilir.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər