Saytımızı qiymətləndirin


 
 

Nəsiman Yaqublu: “AXC-nin 100 illiyinə ölkə başçısı səviyyəsində yanaşma yüksək qiymətləndirilir”
Tarix: 10-01-2018 | Saat: 17:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Nəsiman Yaqublu: “AXC-nin 100 illiyinə ölkə başçısı səviyyəsində yanaşma yüksək qiymətləndirilir”
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirib.

"Qarabaginfo" xəbər verir ki, N.Yaqublu “Ölkə.Az”-a açıqlamasında AXC-nin 100 illiyinə ölkə başçısı səviyyəsində bu cür yanaşmanı çox yüksək qiymətləndirdiyini söyləyib:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması xalqımız üçün çox vacib məsələdir. Yəni, AXC-nin 100 illiyi sırdan bir il olmamalıdır. Çünki Gürcüstan və Ermənistan da öz dövlətlərinin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Ona görə də Qafqazda kim daha yaxşı öz 100 illik yubileyini qeyd edəcəyi ilə bağlı yarış gedəcək. Bu yarışda həm Ermənistan, həm də Gürcüstan öz demokratik dövlət tarixini qabartmağa çalışacaq. Azərbaycan bu yarışda uduzmamaq üçün AXC-nin 100 illik yubileyinə çox yüksək səviyyədə hazırlaşmalıdır. Bunun üçün də ilk növbədə dövlət başçısının müvafiq qərarı lazım idi. Artıq həmin qərar da var. Yəni, Prezident İlham Əliyev hər kəsin ürəyincə olaacaq bir addım ataraq, 02018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bu çox vacib və lazımı qərardır”. 

N.Yaqublu qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunan zaman Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb:

“Həmin dövrdə 23-ə qədər dövlət də Qarabağın azərbaycan ərazisi olduğunu tanıyaraq qəbul edib. Biz AXC-nin 100 illik yubileyini qeyd edən zaman məhz bu məsələni xüsusilə önə çəkməliyik. Bu bizim üçün çox vacibdir. İşğalçı Ermənistan da ən çox bu məqamdan narahatdır. Digər tərəfdən isə AXC-nin quranların adını əbədiləşdirmək istiqamətində lazımı addımlar atılmalıdır. Ən azı Bakı şəhərində onların yaşadıqların evlərin divarlarına xatirə lövhələri vurulmalıdır, Bakıda AXC-nin abidəsi ucaldılmalıdır və sairə. Bütün bunlar həyata keçirən zaman Cümhuriyyət qurucularının da ruhu şad olacaq”.    



Xəbəri paylaş

666 dəfə oxunub.

Digər xəbərlər