Saytımızı qiymətləndirin


 
 

Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
Tarix: 23-06-2026 | Saat: 15:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Article by Sergey Lavrov «Ukraine, Europe and Global Security», 19 June 2026 - The Ministry of Foreign Affairs of the Russian Federation

Zelenskinin Belarusa qarşı təhdidləri Minski birbaşa münaqişəyə cəlb etmək cəhdidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bu, özlüyündə hərbi əməliyyatların coğrafiyasını genişləndirmək üçün bir cəhddir.

Lavrov Ukrayna və onun qərbli tərəfdaşlarına Rusiya ilə Belarus arasında bağlanmış müqaviləni xatırladıb: “Bu müqaviləyə əsasən, Moskva Birlik Dövlətini müdafiə etmək üçün bütün tədbirləri görməyə hazırdır”.

Rusiya XİN başçısı vurğulayıb ki, Qərb tərəfindən verilən bütün bəyanatlar Moskvanın təslim olması tələbidir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukraynanın bu məsələni özünün həll edəcəyini bəyan edib.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər