Hindistan uzaqmənzilli LRLACM qanadlı raketini sınaqdan keçirib
Tarix: 16-06-2026 | Saat: 09:51
Bölmə:Karusel / Dünya | çapa göndər
66 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-06-2026 | Saat: 09:51
Bölmə:Karusel / Dünya | çapa göndər
Hindistan Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı quru hədəflərini vurmaq üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli uzaqmənzilli LRLACM qanadlı raketini uğurla sınaqdan keçirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaqlar Odişa ştatının Çandipur raket poliqonunda keçirilib.
Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib.
LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçur. Raket Amerikanın “Tomahawk” raketinin analoqu hesab olunur və quru qoşunları ilə hərbi dəniz qüvvələri üçün nəzərdə tutulub.
Hindistan raketinin maksimal uçuş məsafəsi 1500 kilometrə çatır. O, 300 kiloqrama qədər nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilər.
Xəbəri paylaş
Digər xəbərlər
25-11-2025, 16:49
Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb
25-08-2024, 08:29
Avstriyanın keçmiş XİN başçısı: Durovun həbsi dəlilikdir
30-05-2023, 16:39
Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
18-05-2022, 17:34
İSESKO-nun baş direktoru Azərbaycana gəldi
17-06-2022, 14:03
Lavrov Bakıya hansı təkliflə GƏLİR...
14-07-2020, 22:49
Daşqın Gülməmmədov: Azərbaycan ordusunu tam dəstəkləyirik və istənilən dəstəyi verməyə hazırıq
3-01-2021, 14:36
Zəngilan rayonunun Genlik kəndindən görüntülər - VİDEO
18-05-2026, 08:28
ABŞ-da iki qırıcı təyyarə havada toqquşub
12-08-2022, 21:01
Mehriban Əliyeva kəlağayıya naxış vurdu - Fotolar


















