Saytımızı qiymətləndirin


 
 

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Tarix: 13-06-2026 | Saat: 21:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

Qətər ölkə banklarında İrana aid dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı danışıqlar prosesində yaranmış dalandan çıxmaq məqsədilə Tehrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib.

Qarabaginfo.az-ın Tehran bürosunun xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Təklifə əsasən, 6 milyard dollar Qətərdə dondurulmuş İran aktivlərinin azad edilməsi hesabına təmin olunacaq, digər 6 milyard dollar isə kredit və ya kredit xətti şəklində verilə bilər.

Eyni zamanda əvvəlcədən razılaşdırılmış məhdudiyyətlər qüvvədə qalır: azad edilən 6 milyard dollar yalnız 2023-cü ildə İran və ABŞ arasında razılaşma çərçivəsində humanitar məqsədlər üçün istifadə oluna bilər.

Əlavə 6 milyard dollarlıq kredit xəttinin isə İran tərəfindən sərbəst şəkildə istifadə edilə biləcəyi bildirilir.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər