Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistandan bütün karantin altında olan məhsulların idxalını məhdudlaşdırır
Tarix: 11-06-2026 | Saat: 17:18
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Ermənistandan bütün karantin altında olan məhsulların idxalını məhdudlaşdırır

Rusiya 12 iyundan etibarən Ermənistandan bütün karantin altında olan məhsullarının idxalını məhdudlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti-Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, qurum Ermənistandan Rusiyaya bütün karantin altında olan məhsulların, o cümlədən pomidor, üzüm, quru meyvə və daha çox məhsulun idxalını məhdudlaşdırıb.

Bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də 12 iyundan etibarən məhdudlaşdırılıb.

 

"Qərar karantin obyektlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ Ermənistan karantin məhsullarının idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib", - deyə Rosselxoznadzor-un məlumatında bildirilib.

O da qeyd olunub ki, Aİİ-də karantin mallarının siyahısına, məsələn, üzüm, soğan, düyü, qarğıdalı, müəyyən növ qəhvə və quru meyvələr, pomidor, kartof və digər məhsullar daxildir.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər