Saytımızı qiymətləndirin


 
 

Kobaxidze Aİ-ni Gürcüstanı şantajda ittiham edib
Tarix: 09-06-2026 | Saat: 12:27
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

"Gürcü xalqının viza rejiminin ləğvi ilə təhdid edilməsi Avropa bürokratiyasının çətin vəziyyətdə olduğunu göstərir".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, bu cür hədə Avropa İttifaqının şantaj cəhdidir.

"Bu şantaj vasitəsi o qədər dəyərdən düşüb ki, Gürcüstan cəmiyyəti artıq ona heç bir reaksiya vermir. Son illər ərzində bu cür cəhdlər əhəmiyyətini itirib və biz müşahidə edirik ki, insanlar bunların hamısına reaksiyasız yanaşır. Əvvəllər reaksiya daha kəskin idi. Hazırda isə cəmiyyət reaksiya verməyi dayandırıb", - Kobaxidze əlavə edib.

Baş nazir vurğulayıb ki, Gürcüstan cəmiyyəti ölkədə baş verən proseslər barədə kifayət qədər məlumatlıdır və şantaja uymayacaq.

Qeyd edək ki, iyunun 11-də Avropa İttifaqı və Gürcüstan arasında vizasız gediş-gəliş rejiminin mümkün dayandırılması ilə bağlı dialoq aparılacaq.

Xatırladaq ki, Gürcüstanla Aİ arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədədir.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər