Saytımızı qiymətləndirin


 
 

Ağ Ev: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək
Tarix: 06-06-2026 | Saat: 09:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Ağ Ev: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp administrasiyanın bütün əsas nümayəndələrinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş səylərdə iştirak edəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və vitse-prezident Cey Di Vens də prosesə cəlb olunacaq.

“Hamımız bu prosesdə iştirak edəcəyik”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Ukraynada sülhün əldə olunacağına inandığını bildirib.

“Düşünürəm ki, bu baş verəcək. Razılaşmaya yaxınlaşırıq”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqton artıq Ukraynaya silahları pulsuz vermir.

“Onlar məhsulları bizdən tam dəyəri ilə alırlar. Bayden isə yüz milyardlarla dollar dəyərində silahı pulsuz göndərirdi”, – deyə ABŞ lideri bildirib.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər