Saytımızı qiymətləndirin


 
 

Meksika parlamenti xarici müdaxilə halında seçkilərin ləğvi ilə bağlı qanunu qəbul edib
Tarix: 29-05-2026 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Meksika parlamenti xarici müdaxilə halında seçkilərin ləğvi ilə bağlı qanunu qəbul edib

Meksika Deputatlar Palatası seçkilərə xarici müdaxilə olacağı təqdirdə nəticələrin etibarsız sayılmasını nəzərdə tutan konstitusiya islahatını qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə parlamentin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, konstitusiyanın 41-ci maddəsinə edilən dəyişikliklə seçkilərin etibarsız sayılması üçün yeni əsas əlavə olunub.

Səsvermənin nəticələrinə əsasən, təşəbbüsü 307 deputat dəstəkləyib, 128 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Qəbul edilən dəyişikliklərə görə, xarici aktorların, siyasi qüvvələrin və ya xarici maliyyələşmənin seçkilərin nəticələrinə təsiri sübuta yetirilərsə, seçkilər həm ayrı-ayrı məntəqələrdə, həm də ölkə üzrə ləğv oluna bilər.

“El Universal” qəzetinin məlumatına görə, layihənin müəllifi hakim partiyanın koordinatoru Rikardo Monrealdır.

Qəzet qeyd edir ki, islahat seçki institutlarına xarici təsir cəhdlərinə qarşı sərt reaksiya vermək və ölkənin milli suverenliyini qorumaq üçün əlavə səlahiyyətlər verir.



Xəbəri paylaş

65 dəfə oxunub.

Digər xəbərlər