Saytımızı qiymətləndirin


 
 

İran ABŞ-a “qırmızı xətt”ini ELAN ETDİ
Tarix: 28-05-2026 | Saat: 11:56
Bölmə:Karusel / Region | çapa göndər

İran ABŞ-a “qırmızı xətt”ini ELAN ETDİ

 

İranın ali liderinin beynəlxalq münasibətlər üzrə müşaviri, eks-xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib ki, İranın “qırmızı xətlər”i aydındır və bu dəfə razılaşmalar yalnız imzalarla təmin oluna bilməz. O əlavə edib ki, razılaşmanın konkret təminatı Hörmüz boğazıdır.

Qarabaginfo.az xəbər verir ki, Vilayəti sosial media hesabında paylaşdığı açıqlamada bunları deyib:

“Tarix göstərir ki, hökmranlıq arzusu ilə gələn bütün təcavüzkarlar - İsgəndərdən Çingiz xana və Trampa qədər - İranın zəngin sivilizasiyası içində əriyib yox olublar”.

O, həmçinin bildirib:

“Millət olmaq neft dollarları ilə satın alına və ya icarəyə götürülə bilən bir şey deyil, köklü və sivilizasiyaya əsaslanan bir kimlikdir”.

İranın “qırmızı xətlər”inin dəqiq olduğunu vurğulayan Vilayəti əlavə edib:

“Bu dəfə kağızlar və imzalar təminat deyil. Razılaşmanın davamlılığının konkret təminatı Hörmüz boğazıdır. Coğrafiya yalan danışmır və son hakim kağız üzərindəki razılaşmadır”.



Xəbəri paylaş

74 dəfə oxunub.

Digər xəbərlər