Tarix: 19-05-2026 | Saat: 15:39
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycana qarşı kampaniyaların sayı azalıb.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bu xüsusda ABŞ-ın USAİD təşkilatının və Avropa Parlamentinin adını vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, Avropa Parlamentində son 5 ildə Azərbaycanla münasibətlərlə bağlı 10-dan artıq müxtəlif qətnamələr qəbul edilib: "Bu qətnaməni qəbul edənlərin özləri heç hansı problem haqqında danışdıqlarını başa düşmürlər. Biz bunlara xüsusi əhəmiyyət vermirik. Azərbaycanın müstəqil siyasəti, beynəlxalq nüfuzu və dünya ictimaiyyətində qazandığı hörmət göz önündədir. Bu gün Azərbaycan dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlər məhz Bakıda müzakirə olunur. Forumda iştirak edən auditoriyanın genişliyi və müzakirələrin məzmunu da bunu bir daha təsdiqləyir”.
Digər xəbərlər



















