Tarix: 14-05-2026 | Saat: 15:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu yaradılıb.
Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu;
Tətbiqi Elmlər İnstitutu.
Yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
- Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi;
- Elm və Təhsil Nazirliyinə yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanun ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Elm və Təhsil Nazirliyi yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməli, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Digər xəbərlər

















