Saytımızı qiymətləndirin


 
 

“Nizamnamədə üzvlərin xaric edilməsinə icazə verən müddəa yoxdur” –NATO sözçüsü
Tarix: 24-04-2026 | Saat: 19:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

NATO-nun nizamnaməsində üzv ölkələrin xaric edilməsinə icazə verən heç bir müddəa yoxdur.

Qarabaginfo.az bildirir ki, bu barədə BBC-yə verdiyi müsahibədə NATO sözçüsü deyib.

Sözçü bunu ABŞ-ın İran müharibəsi ilə bağlı mövqeyinə görə İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmağa çalışa biləcəyi barədə məlumatları şərh edərkən vurğulayıb.

Reuters əvvəllər ABŞ rəsmisinə istinadən Pentaqonun daxili yazışmalarında İran müharibəsini dəstəkləməyən müttəfiqləri cəzalandırmaq üçün tədbirlər təklif olunduğunu, o cümlədən İspaniyanın alyansdakı üzvlüyünün dayandırılmasını və ABŞ-ın Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı mövqeyinin yenidən nəzərdən keçirilməsini bildirmişdi.

Agentliyə yazışmanı açıqlayan rəsminin sözlərinə görə, e-poçtda təklif olunan variantlardan biri “problemli” ölkələrin mühüm və ya nüfuzlu NATO mövqelərindən çıxarılmasını əhatə edir.

BBC-yə verdiyi müsahibədə NATO sözçüsü təşkilatın təsis müqaviləsində NATO üzvlüyünün dayandırılması və ya alyansdan xaric edilməsi ilə bağlı müddəaların olmadığını bildirib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 16:48Güclü külək əsir