Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Nizamnamədə üzvlərin xaric edilməsinə icazə verən müddəa yoxdur” –NATO sözçüsü
Ana Sayfa > Karusel / Siyasət > “Nizamnamədə üzvlərin xaric edilməsinə icazə verən müddəa yoxdur” –NATO sözçüsü

“Nizamnamədə üzvlərin xaric edilməsinə icazə verən müddəa yoxdur” –NATO sözçüsü


Bu gün, 19:47. Yazar: Admin

 

NATO-nun nizamnaməsində üzv ölkələrin xaric edilməsinə icazə verən heç bir müddəa yoxdur.

Qarabaginfo.az bildirir ki, bu barədə BBC-yə verdiyi müsahibədə NATO sözçüsü deyib.

Sözçü bunu ABŞ-ın İran müharibəsi ilə bağlı mövqeyinə görə İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmağa çalışa biləcəyi barədə məlumatları şərh edərkən vurğulayıb.

Reuters əvvəllər ABŞ rəsmisinə istinadən Pentaqonun daxili yazışmalarında İran müharibəsini dəstəkləməyən müttəfiqləri cəzalandırmaq üçün tədbirlər təklif olunduğunu, o cümlədən İspaniyanın alyansdakı üzvlüyünün dayandırılmasını və ABŞ-ın Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı mövqeyinin yenidən nəzərdən keçirilməsini bildirmişdi.

Agentliyə yazışmanı açıqlayan rəsminin sözlərinə görə, e-poçtda təklif olunan variantlardan biri “problemli” ölkələrin mühüm və ya nüfuzlu NATO mövqelərindən çıxarılmasını əhatə edir.

BBC-yə verdiyi müsahibədə NATO sözçüsü təşkilatın təsis müqaviləsində NATO üzvlüyünün dayandırılması və ya alyansdan xaric edilməsi ilə bağlı müddəaların olmadığını bildirib.


Geri dön