Tarix: 23-04-2026 | Saat: 13:24
Bölmə:Karusel / Region | çapa göndər
Kremlin ən qatı təbliğatçısı, rusiyalı aparıcı Vladimir Solovyovun İtaliyadakı malikanələri yenidən gündəm olub.
Qarabaginfo.az xəbər verir ki, buna səbəb Solovyovun bir neçə gün öncə İtaliya Baş naziri Corciya Melonini təhqir etməsidir. Bəzi ekspertlər Solovyovun bu təhqirlərini şəxsi qisasçılıq hissi ilə əlaqələndirir.
Belə ki, aparıcının İtaliyada 5 villasının olduğu bildirilir. Bu malikanələrdən biri onun anası İrina Solovyovanın adına qeydiyyatdadır. Komo yaxınlığında 3 ev tam olaraq Solovyova məxsusdur, bir ev isə qismən ona məxsusdur, anası da başqa bir evə sahibdir.
Lakin yeni məlumatlara əsasən, İrina Solovyovanın bir deyil, iki villası var, ikincisi də Komoda yerləşir. Kreml təbliğatçısının İtaliyada “Maybach” avtomobilinə də sahib olduğu iddia edilir.
Solovyovun Komo gölü ətrafında yerləşən və təmirdə olan villasına naməlum şəxslər yanan təkər atmaqla hücum etmişdilər, lakin İtaliya polisi əmlaka ciddi ziyan dəymədiyini və araşdırma aparıldığını bildirmişdi. Eyni zamanda, 2022-ci ildə Solovyovun Pianello del Lariodakı başqa bir evinə də girməyə cəhd olunmuşdu. Sözügedən malikanənin divar və darvazalarında qırmızı boya, eləcə də “Qatil”, “Müharibəyə yox” sözləri yazılmışıdı. Elə həmin ilin mart ayında İtaliya hakimiyyəti Solovyovun Komo gölündəki ümumi dəyəri 8 milyon avro olan iki villasını müsadirə etdi. Buna səbəb isə Ukraynada müharibə başladıqdan sonra onun AB, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya, Yaponiya və digər ölkələr tərəfindən sanksiyalara məruz qalmasıdır.
İtaliyanın bu addımlarından sonra Solovyov Romaya, xüsusilə də ölkə rəhbərliyinə qarşı mütəmadi hücuma keçir.
Digər xəbərlər


















