Saytımızı qiymətləndirin


 
 

Əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edildi - Fotolar
Tarix: 22-04-2026 | Saat: 16:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

emek-yarmarkasinda-100-e-yaxin-vakansiya-teqdim-edildi

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.

Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib.  İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən peşə kursları, bu kurslara cəlb edilmək üçün müraciət qaydaları barədə məlumat verilib. 

Qeyd edək ki, ötən dövrdə Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 36 əmək yarmarkası, 1 peşə yarmarkası keçirib.

 





 



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər