Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov bu gün iclas keçirdi - Fotolar
Tarix: 20-04-2026 | Saat: 17:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

eli-esedov-bu-gun-iclas-kecirdi

Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.   

Gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.  

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.   

Qeyd edək ki, ötən günlərdə saytımızda “Əli Əsədovun biznes və tikinti imperiyası...” başlıqlı məqalə dərc olunub. Yazıda Baş nazirə məxsus restoranlar və obyektlərin siyahısı yer alıb. Sözügedən məqalə ölkə mediasında rezonans doğursa da, Nazirlər Kabineti tərəfindən bu barədə heç bir açıqlama verilməyib.



 



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər