Saytımızı qiymətləndirin


 
 

Zaporojye AES-in enerji təchizatı kəsilib, AEBA nüvə riskləri barədə xəbərdarlıq edib
Tarix: 14-04-2026 | Saat: 11:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Zaporojye AES-in enerji təchizatı kəsilib, AEBA nüvə riskləri barədə xəbərdarlıq edib

Ukraynadakı Zaporojye AES bu gün səhər saatlarında xarici elektrik mənbəyindən tamamilə ayrılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatında deyilir.

Məlumata görə, səhər saatlarında Zaporojye AES-i təmin edən sonuncu xarici elektrik xətti də sıradan çıxıb və stansiya tam şəkildə xarici enerji təchizatını itirib.

Bildirilir ki, təhlükəsizlik sistemlərinin işləməsini təmin etmək üçün ehtiyat dizel generatorları avtomatik olaraq işə düşüb. Obyektdə daimi fəaliyyət göstərən agentliyin komandası vəziyyəti nəzarətdə saxlayır.

“Xarici elektrik təchizatının yenidən itirilməsi münaqişə şəraitində nüvə təhlükəsizliyi üçün risklərin nə qədər yüksək olduğunu göstərir”, — AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər