Saytımızı qiymətləndirin


 
 

Zelenski: Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə edilə bilməz
Tarix: 10-04-2026 | Saat: 14:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Əgər Birləşmiş Ştatlar həqiqətən də NATO-dan çıxmağı düşünürsə, Avropanın təhlükəsizliyini Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç gücləndirə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Rest Is Politics” podkastına müsahibəsində deyib.

“Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiyadan daha güclüdür. Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə oluna bilməz. Bu dörd ölkə ilə birlikdə dənizlərə nəzarət etmək, qorunan hava məkanı və ən böyük quru qoşunlarına sahib olmaq mümkündür”, - o bildirib.

Ukrayna lideri yalnız bu ölkələrin Aİ-yə qəbulu ilə Avropanın Rusiyaya qarşı təhlükəsizlik və müstəqilliyini qoruya biləcəyini vurğulayıb.

“Təhlükəsizlik birinci yerdədir, iqtisadiyyat isə ikinci”, - Zelenski qeyd edib.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər