Saytımızı qiymətləndirin


 
 

“Bunun fəsadları fəlakətlidir” - Quterreş çağırış etdi
Tarix: 05-06-2023 | Saat: 17:44
Bölmə:Karusel / Dünya | çapa göndər

bunun-fesadlari-felaketlidir

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Ətraf Mühit Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, müraciətin mətnində deyilir:

“Builki Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizəyə çağırışdır.

Hər il dünyada 400 milyon tondan çox plastik istehsal olunur. Bunun üçdə biri yalnız bir dəfə istifadə olunur.

Hər gün okeanlar, çaylar və göllərə 2000-dən çox zibil maşını həcmində plastik tullantılar atılır.

Bunun fəsadları fəlakətlidir.

Mikroplastiklər yediyimiz qidaya, içdiyimiz suya və nəfəs aldığımız havaya daxil olur.

Plastik qalıq yanacaqlardan hazırlanır. Beləliklə, nə qədər çox plastik istehsal ediriksə, bir o qədər çox qalıq yanacaq yandırırıq və iqlim böhranını daha da kəskinləşdiririk.

Ancaq bizim həll yollarımız var.

Ötən il dünya ictimaiyyəti plastik çirklənməyə son qoymaq üçün hüquqi öhdəlik yaradan saziş üzrə danışıqlara başlayıb.

Bu, ilk və ümidverici addımdır. Lakin bizim hər kəsin iştirakına ehtiyacımız var.

BMT-nin Ətraf Mühit Proqramının yeni hesabatına görə, biz indidən plastikdən təkrar istifadəni və təkrar emalı təmin etsək, eləcə də digər mənbələrə müraciət edərək alternativ məhsullardan yararlansaq, 2040-cı ilə qədər plastik çirklənməni 80 faiz azalda bilərik.

Plastikdən asılılığımızı aradan qaldırmaq, tullantıları sıfıra endirmək və gerçək sirkulyar iqtisadiyyat qurmaq üçün hökumətlər, şirkətlər və istehlakçılar olaraq birgə çalışmalıyıq.

Gəlin birlikdə hamı üçün daha təmiz, daha sağlam və daha dayanıqlı gələcək quraq”.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər