Saytımızı qiymətləndirin


 
 

DMX: Ötən ay müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 4797 müraciət olub
Tarix: 09-04-2026 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

DMX: Ötən ay müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 4797 müraciət olub

Car ilin mart ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 4797, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 349 müraciət daxil olub.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 714 müraciət daxil olub.

Eyni zamanda qeyd edilib ki, ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən bu ilin mart ayı ərzində ümumilikdə 98 qərar qəbul edilib.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər