Saytımızı qiymətləndirin


 
 

Kremldə ABŞ və İran arasında atəşkəs xəbərini məmnuniyyətlə qarşılayıblar
Tarix: 08-04-2026 | Saat: 14:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Kreml “zəif bənd” axtarışında

Kreml ABŞ-la İran arasında elan edilmiş atəşkəs razılaşmasını alqışlayır və tərəflər arasında birbaşa əlaqələrin yaxın gələcəkdə baş tutacağına ümid edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kremldə ABŞ-la İran arasında atəşkəsi xəbərini məmnuniyyətlə qarşılayıblar.

Peskov deyib ki, Kreml əvvəlcədən Yaxın Şərqdə eskalasiyadan tez bir zamanda diplomatiya yoluna qayıtmağın vacibliyindən danışıb.

“Rusiya ümid edir ki, ABŞ və İran danışıqlar masasında öz maraqlarını müdafiə edəcək”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov Ukrayna nizamlanması ilə bağlı da danışıb. O qeyd edib ki, Ukrayna və İran nizamlanma prosesləri yalnız dolayı yolla bağlıdır.

O, Kremlin Amerika danışıqçılarının yaxın gələcəkdə Ukrayna nizamlanması üzərində işləmək üçün daha çox imkana sahib olacaqlarına ümid etdiyini bildirib.

Peskov Rusiyanın Trampın və Amerika danışıqçılarının Ukrayna istiqamətindəki sülhməramlı səylərini yüksək qiymətləndirdiyini əlavə edib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər